Simvol obyektinin parametrləri
Simvol obyektinin parametrləri bunlardır: yazılış şəkli, keql, rəng, effekt, sürüşmə, kerninq.
Simvolun yazılış şəkli. Dörd əsas yazılış şəklindən istifadə olunur:
qlif — (ing.glyph, ru глиф) – hər hansı çap simvolu; bir simvolun çap olunmuş görünüşü.
Keql şriftin ölçüsüdür. Ənənəvi olaraq keql punktla (pt) ölçülür. Bir punkt 0.35 mm-ə bərabərdir.
Rəng Tətbiqi proqram mühitlərinin obyektlərinin əksəriyyətinin rəngi olur.
Effekt simvolun ekranda və sənəddə necə görünəcəyini müəyyənləşdirir. Ən çox istifadə olunan effektlər bunlardır: Altından xətt çəkilmiş . üstündən xətt çəkilmiş, kölgəli, konturlu, qabarıq, batıq, kiçik baş hərflər, hamısı baş hərflər.